“Vahid qərara gələ bilmirlər“ - Partiya sədri Milli Şuradan   Danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Vahid qərara gələ bilmirlər“ - Partiya sədri Milli Şuradan Danışdı

Siyasət

31 Oktyabr 2019 17:18 1021


“Hər hansı təşkilatın, partiyanın, qurumun idarəçiliyində mərkəzləşdirilmiş idarəçilik, qərarvermə, icraetmə strukturları nə qədər aydın olsa, o qədər idarəçilik optimal və səmərəli olar. Milli Şuranın idarəçilik məsələsi bir az qarışıqdır”.

"Yeni Sabah" xəbər verir ki, bunu “Report”a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı Milli Şuranın sədri Cəmil Həsənlinin 2 noyabr aksiyasını təxirə salması barədə çağırışına münasibət bildirərkən deyib.

O bildirib ki, Milli Şura yarandığı vaxt başqa, indi isə fərqli formatda fəaliyyət göstərir: “Misal olaraq, Rüstəm İbrahimbəyov orada fəxri sədridir və mövqeyi başqadır. Cəmil Həsənlinin isə başqa mövqeyi var. Faktiki olaraq qurumun rəhbəri Əli Kərimlidir. Onun da öz mövqeyi var. Yəni orada vahid qərara gəlmə mexanizmi yoxdur. Təbii ki, orada insanlar bu və ya digər formada qərarlar gözləyir. Mərkəzdəki fikir ayrılıqları aşağılarda daha böyük fəsadlara səbəb olur. Ona görə də bu, xoşagəlməz haldır. Dövlət idarəetməsinə iddialı olan qurumda belə halların baş verməsi düz deyil”.   pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!