Valideynlərə şad xəbər: Məktəbli formaları UCUZLAŞDI

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərə şad xəbər: Məktəbli formaları UCUZLAŞDI

Sosial

06 Avqust 2024 23:46 1150


Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, məktəbli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb. Sezar pizza

Hazırda tikiş evində Nazirlər Kabinetinin təsdiqlədiyi sənədə uyğun olaraq üç müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.

Tikiş evi tərəfindən satılan bütün məhsullara 1 illik zəmanət verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!