Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər -   Bakıdakı dəhşətli qətlin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər - Bakıdakı dəhşətli qətlin təfərrüatı

Kriminal

18 Noyabr 2019 16:58 1127


Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub.

Xəbər verdiyimiz kimi, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub.

"Yeni Sabah" xəbər verir ki, hüquq mühafizə orqanlarından Oxu.az-a verilən məlumatda bildirilir ki, cinayəti törətmiş şəxs qadının boğazını kəsərək üzünə müxtəlif xəsarətlər yetirib. pizza mizza

Əldə olunan məlumatlara əsasən, tərəflərin yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideyinləri ilə əlaqəsini kəsib. Yaxınları ehtimal edib ki, qızları yenidən ailə həyatı quraraq Türkiyəyə gedib. Əslində isə qətlə yetirilən qadın Zabratda ev kiralıyaraq Dönməz Cəmşidzadə ilə yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən kişi həftədə iki dəfə işi ilə əlaqədar rayona gedib.

İlkin məlumata görə, tərəflər arasında münaqişəyə Afərim Mahmudovanın valideynlərinin evinə geri qayıtmaq istəməsi və Cəmşidzadə ilə münasibətlərə son vermək haqda qərarı olub. Sonuncu buna etiraz edərək bıçağa əl atıb. 

Qeyd edək ki, qətl hadisəsi 15 noyabra keçən gecə törədilib. 

Cinayət fakt üzrə araşdırma davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!