"Qocalar evinə tez-tez gedib-gəlirəm. Orada yaşlılar var ki, gənclər onları atıb. Bəziləri gəlib yoxlayır, bəziləri isə onlardan cana doyub, qaçır".
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev "Space" telekanalında yayımlanan "Həyat, sevgi və göz yaşları" verilişində deyib.
Uşaq evində böyüyən aktyor valideynlərinin olmasını arzuladığını vurğulayıb və göz yaşlarına hakim ola bilməyib: pizza mizza
"İstəyərdim valideynlərim olsun. Fərqi yoxdur nəçidirlər, vəzifədədirlər, ya adi adamdırlar, fərq etmir təki olsunlar. Qocalar evinə gedirəm, elələri var ki, yalandan xəstəlik kağızı düzəldib, dəli adı ilə valideyni ora qoyublar. O cür valideynlər qarşısında diz çökürdüm. Deyrdim ay ata, ana, mən sizi gecə-gündüz axtarmışam. Amma sizi imkanı olan canlı niyə bura qoyur? Niyə onlar valideyndən belə tez doyub? Axı valideyndən doymaq olmaz, heç vaxt. Bu da mənim qismətim idi".
Telegram kanalımız