Valyutadəyişmədə işləyən şəxs qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Valyutadəyişmədə işləyən şəxs qətlə yetirildi

Kriminal

11 Noyabr 2019 08:09 1042


Gəncə şəhərində qətl hadisəsi törədilib.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa İlqar oğlu Əliyev bıçaqlanaraq qətlə yetirilib.

Qətlə yetirilən 30 yaşlı Mirağa Əliyevin şəhərdəki valyutadəyişmə məntəqələrindən birində işlədiyi, onu şəhərin Üzeyir Hacıbəyli küçəsində yerləşən şadlıq sarayında keçirilən toydan çıxarkən sarayın yaxınlığında bıçaqlandığı və aldığı ağır xəsarətlərdən hadisə yerində öldüyü bildirilir. Dominos pizza

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə ekspertizaya aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!