Van Den Brom: ““Qarabağ“la oyun asan olmayacaq“

saytların hazırlanması

Evə çatdırılma

Van Den Brom: ““Qarabağ“la oyun asan olmayacaq“

İdman

04 İyul 2022 17:34 844


"Çempionlar Liqasında zəif rəqib yoxdur, "Qarabağ"a da hörmətlə yanaşmalıyıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom deyib.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la sabah keçiriləcək oyun öncəsi mətbuat konfransında holland mütəxəssis Ağdam klubu ilə oyunun asan olmayacağını bildirib: pizza

"Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Amma rəqib də bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Asan olmayacaq".

Xatırladaq ki, sabah Pozdnanda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!