Van Deyk Amerikanı seçdi

saytların hazırlanması

Evə çatdırılma

Van Deyk Amerikanı seçdi

İdman

18 Mart 2025 16:42 356


"Liverpul"un müdafiəçisi və kapitanı Vircil van Deyk karyerasını MLS-də davam etdirməyə yaxındır.

Yenisabah.az Daily Mail-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn sərfəli təklifə baxmayaraq, o, Şimali Amerika klubunlarından birinə keçməyə meyllidir.

“Liverpul” Dortmund “Borussiya”sının 25 yaşlı mərkəz müdafiəçisi Niko Şlotterbeki van Deykin əvəzedicisi kimi nəzərdən keçirir. "Mersisaydlılar" futbolçunu 50 milyon avroya almağa ümid edirlər. pizza sifarişi

Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun İngiltərə təmsilçisinin kapitanına ilkin olaraq 20 milyon avrodan çox təklif etdiyi barədə məlumat yayılmışdı.

Vircil van Deyk 2018-ci ilin yanvarından "Liverpul"da çıxış edir. Bu mövsüm 33 yaşlı müdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!