Vaqiflə Samirənin qızı Çində təhsil alacaq

saytların hazırlanması

Evə çatdırılma

Vaqiflə Samirənin qızı Çində təhsil alacaq

Şou

05 Sentyabr 2025 18:40 1006


Vaqiflə Samirənin qızı Çində təhsil alacaqATV-nin keçmiş aparıcısı Vaqif Aydınoğlu qızı Nuranla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, övladının Çində təhsil alacağını bildirib. Qızının fotolarını yayımlayan V.Aydınoğlu bunları yazıb:

"Asia Europe Business School"un tələbəsi adını qazanan Nuranım. Avropanın bir neçə universitetində təhsil almaq haqqı qazansan da cəsarətli qərar verərək Çində, Şanxaydakı universiteti seçmən məni xüsusilə qürurlandırdı. Hər zaman yolun açıq olsun, ağıllı balam. Övlada verəcəyimiz ən böyük miras təhsildir, xüsusilə də qız övladlarımıza. Allah bütün balaları qorusun". pizza

Qeyd edək ki, Nuran V.Aydınoğlunun aparıcı Samirə Mustafayeva ilə evliliyindən olan övladıdır. V.Aydınoğlu hazırda ikinci dəfə ailə qurub və 2 övladı var. O, hazırda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!