“Vaqner“ Ermənistandadır? - Paşinyan cavab verdi 

saytların hazırlanması

Evə çatdırılma

“Vaqner“ Ermənistandadır? - Paşinyan cavab verdi 

Maraqlı

13 Sentyabr 2023 20:52 1680


Paşinyan “Vaqner” muzdlularının Ermənistanda olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

"Ermənistanın hüquq-mühafizə orqanları KİV-də gedən yazılara cavab verməyə borcludurlar. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllənin normasıdır. Bu xəbərlər teleqram kanallarında dərc olunub və Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri çərçivəsində məlumatı yoxlayır", - Paşinyan bildirib.  Dördpendirli pizza

Ermənistanda Rusiyanın təşəbbüsü ilə baş verə biləcək inqilabla bağlı Paşinyanın hər hansı narahatlığının olub-olmaması ilə bağlı suala cavab olaraq baş nazir qeyd edib ki, bunu yalnız Ermənistan xalqı həyata keçirə bilər və onlar artıq bunu ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!