Vardanyan istefaya göndərilir - Tarix açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan istefaya göndərilir - Tarix açıqlandı

Rəsmi

21 Fevral 2023 10:10 1094


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan fevralın 23-də istefaya göndəriləcək. 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 

Bildirilir ki, separatçıların "rəhbəri" Arayik Arayik Harutyunyan fevralın 23-də xüsusi bəyanat yayacaq. Nəşr qeyd edir ki, xüsusi dəyişikliklər baş verməsə, Arayik Vardanyanın istefasını açıqlayacaq.  Pepperoni pizza

Məlumata görə, Vardanyanın yerinə separatçıların "baş prokuroru" Qurgen Nersisyan təyin ediləcək. 

Ermənistanın "Hraparak" qəzeti isə yazır ki, Vardanyan "vəzifədən" azad edilsə də, Xankəndidə qalmağa davam edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!