Vardanyanın rəhbəri olduğu qurum Qarabağdakı hayklara 260 ton ərzaq çatdıracaq...

saytların hazırlanması

Evə çatdırılma

Vardanyanın rəhbəri olduğu qurum Qarabağdakı hayklara 260 ton ərzaq çatdıracaq...

Rəsmi

11 Mart 2023 01:03 1129


Qondarma "dövlət naziri" vəzifəsindən azad edilməsinə rəğmən 6-cı aydır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində qanunsuz fəaliyyətini davam etdirən Ruben Vardanyanın  “Biz və bdağlarımız”  adlanan "ərazi İnkişaf agentliyi" separatçı rejim rəhbərliyinə  "sosial qruplar arasında paylanacaq 260 tona yaxın ərzaq məhsulu təqdim edəcək". 

Yenisabah.az xəbər verir ki, bu barədə NEWS.am-a R.Vardanyanın mətbuat xidmətindən məlumat çatdırılıb.

Məlumata görə, üzdəniraq agentlik kriminal xuntanın qanunsuz "sosial inkişaf və miqrasiya nazirliyi" və "daxili işlər nazirliyi"nin  "fövqəladə hallar xidməti" ilə  imzalanmış əməkdaşlıq memorandumlarına əsasən birinci quruma 80 tona yaxın, ikinciyə isə 180 tondan çox ərzaq təqdim ediləcək. pizza

Zəruri xatırlatma:

Putinin milyarder “desantı” sayılan erməni milyarder Ruben Vardanyan 2022-ci il sentyabrın 1-dən qanunsuz olaraq Qarabağ ərazisinə daxil olub. 4 noyabr 2022-ci ildə separatçı rejimin qondarma “dövlət naziri” təyin edilib. 23 fevral 2023-cü ildə həmin “vəzifə”dən azad edilib. Buna rəğmən o, hazırda Xankəndində qalmaqda və qanunsuz ictimai-siyasi və “xeyriyyəçi” fəaliyyətini davam etdirməkdədir.../Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!