Varlı ölkələrin neoimperializm niyyətləri -   Vaksin savaşı

saytların hazırlanması

Evə çatdırılma

Varlı ölkələrin neoimperializm niyyətləri - Vaksin savaşı

Sağlamlıq

03 Fevral 2021 14:45 1112


Artıq bəzi ölkələr neomüstəmləkəçilik, neoimperializm niyyətlərini açıq şəkildə ortaya qoyurlar. Zəngin dövlətlər özlərinə lazım olandan qat-qat artıq miqdarda vaksinlər sifariş edirlər, şirkətlərlə danışığa gedərək gələcəkdə istehsal ediləcək vaksinləri də indidən alırlar.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu cür davranışlar kasıb ölkələrdə vaksin çatışmazlığına gətirib çıxaracaq: “Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxundu və eyni zamanda Kanadanı misal çəkərək bildirdi ki, bu ölkənin əhalisinin 38 milyon olmasına baxmayaraq, 150 milyon dozadan çox vaksin sifariş etməklə 100 milyondan çox insanı vaksinsiz qoymaq istəyir. Dördpendirli pizza

Bu da çox böyük ədalətsizlikdir və zəngin ölkələrin öz maddi resurslarından, imkanlarından istifadə edərək kasıb ölkələri daha da özlərindən asılı vəziyyətə salmaq, daha da yoxsullaşdırmaq, onların əhalisini ölüm təhlükəsi qarşısında qoymaq və torpaqlarını, ərazilərini, resurslarını zəbt etmək kimi pis, xəbis niyyətlərindən xəbər verir. Bu da dünyada haqq-ədalətin ən kəskin şəkildə pozulmasıdır”.

M.Quliyev bildirib ki, burada vaksin satan şirkətlər də ədalətli olmalıdır: "Onlar da düşünməlidir ki, onların bu hərəkəti fəaliyyətlərində qara bir ləkə kimi qalmasın”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!