Varlılar 139 milyard dollar itirdi

saytların hazırlanması

Evə çatdırılma

Varlılar 139 milyard dollar itirdi

Dünya

25 Fevral 2020 11:20 1008


Dünyanın 500 ən varlı adamının sərvəti toplam olaraq 139 milyard dollar azalıb. Yenisabah.az Bloomberg-ə istinadən xəbər verir ki, bunun səbəbi ABŞ və digər ölkələrin fond birjalarında indekslərin ciddi şəkildə aşağı düşməsi ilə bağlıdır. Bildirilir ki, bu, 2016-ci ilin oktyabrından bəri ən böyük itkidir. Daha çox itirənlər fransız kompaniyası LVMH-in (Louis Vuitton Moet Hennessy) baş direktoru Bernar Arno və "Amazon" şirkətinin rəhbəri Ceff Bezosdur. Adıçəkilən milyarderlər hərəyə 4.8 milyard dollar itirib. Bununla belə, Bezos hələ də dünyanın ən varlı adamlarının siyahısında ilk pillədə qərarlaşıb, Arno isə üçüncü sıradadır. Bundan başqa, "Zara" mağazalar şəbəkəsinin sahibi Amansio Orteqi 4 milyard dollara yaxın pul itirib. "Facebook" kompaniyasının rəhbəri Mark Zukerberq və "Google" şirkətinin yaradıcılarından olan Larri Peycin sərvəti isə 3.48 – 2.7 milyard dollar azalıb. Ötən il dünyanın ən varlı adamlarının sayı 10 faiz artıb. Onların ümumi sərvəti 26,6 трilyon dollara çatıb.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!