Vasif Durarbəyli ermənini məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

Vasif Durarbəyli ermənini məğlub etdi

İdman

19 Oktyabr 2019 06:14 1449


Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları yekunlaşıb.

Azərbaycanlı şahmatçı Vasif Durarbəyli Ermənistan təmsilçisi Elina Danielyanı məğlub edib. Bununla da o, aktivinə bir xal yazdırıb.

Azərbaycan komandasının digər üzvləri Rauf Məmmədov hindistanlı Vidit Santoş Gujrathi, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli isə Ferenc Berkeslə (Macarıstan) heç-heçə ediblər. Pepperoni pizza

Qeyd edək ki, səkkiz turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar. Yarış oktyabrın 21-dək davam edəcək. / Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!