Vasif Müslümova vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Vasif Müslümova vəzifə verildi

Sosial

07 Yanvar 2026 09:10 722


Vasif Müslümov Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyin olunub və eyni zamanda ona direktor vəzifəsinin icrası həvalə edilib.

Bu barədə “Yeni Sabah”a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Yeni təyinatla bağlı kollecdə keçirilən təqdimat mərasimində agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov Vasif Müslümovu kollektivə təqdim edib. Toyuqlu pizza

Qeyd edək ki, Vasif Müslümov ali təhsilini Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və kibernetika” ixtisası üzrə alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dillər Universitetində müəllim kimi başlayıb, daha sonra həmin universitetdə müəllim, baş müəllim, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2010–2025-ci illərdə Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib.

Vasif Müslümov fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir və 52 elmi-metodiki əsərin müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!