Vasif Tağıyevin anası: “İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmaz”

saytların hazırlanması

Evə çatdırılma

Vasif Tağıyevin anası: “İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmaz”

Maraqlı

04 Avqust 2023 12:48 1937


“Allaha şükür, Vasif yaxşıdır, normal yemək yeyə bilir. Bəzi tikişləri qalıb, Allahın izni ilə bu həftə onlar da sökülər. İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmaz”.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib.

O bildirib: “Cənab Prezident İlham Əliyevə Vasifə və Vasifin ailəsinə göstərdiyi diqqət və qayğıya görə öz ailəmiz adından təşəkkür edirəm. Vasifi əməliyyat edən bütün həkim kollektivinə, onun vəziyyəti ilə tez-tez maraqlanan insanlara təşəkkürümüzü bildiririk”. Dominos pizza

Xatırladaq ki, Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!