“Vasif Talıbov balalarını gözüyaşlı qoyub getdi”

saytların hazırlanması

Evə çatdırılma

“Vasif Talıbov balalarını gözüyaşlı qoyub getdi”

Siyasət

22 Dekabr 2022 11:49 1957


Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri Vasif Talıbovun personası ətrafında başlayan müzakirələr səngimək bilmir. 

Ali Məclis sədrinin ötən gün vəzifədən getdiyinə dair istefa ərizəsinin muxtar respublikanın parlamentinə təqdim etməsi bu müzakirələrə yeni çalarlar qatıb.

Yenisabah.az bildirir ki, dekabrın 21-də Naxçıvan Ali Məclisi növbədənkənar iclas keçirərək sədrin istefasını qəbul edib.  İclasda iştirak edən deputatların hamısı yekdilliklə qərarın lehinə səs veriblər.  Dördpendirli pizza

Diqqətçəkən məqam növbədənkənar iclasda iştirak edən Naxçıvan Ali Məclisinin üzvü Seymur Talıbovun davranışı olub.  Yayılan videogörüntülərdən onun atasının istefasına digər deputat həmkarlarından əvvəl əl qaldırdığı aydın görünür. Maraqlısı isə odur ki, ata Talıbovun yola salınması oğul Talıbov üçün təsirsiz ötüşməyib. Videomaterialdan S.Talıbovun səsvermə zamanı kövrəldiyi, hətta gözyaşlarına hakim ola bilmədiyi görünür. 

Bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Minlərlə sosial şəbəkə iştirakçısı  hadisəyə özünəməxsus formada reaksiya verib. Seymur Talıbovun davranışını “Vasif Talıbov balalarını gözüyaşlı qoyub getdi” kimi şərh edənlər də olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!