Vasif Talıbov bu dəfə barıtı çox etdi: 4 nəfər yaralandı - Video 

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov bu dəfə barıtı çox etdi: 4 nəfər yaralandı - Video 

Kriminal

02 Yanvar 2020 15:22 5800


Yeni il gecəsi Naxçıvan şəhərində yerli hakimiyyət orqanlarının təşkil etdiyi “bayram atəşfəşanlığı” az qala insan tələfatı ilə nəticələnəcəkdi. 

“Yeni Sabah” xəbər verir ki, Turan-ın bu haqda yaydığı xəbərdə bildirilir ki, görünür, Naxçıvan rəhbərliyi Bakıdan geri qalmamaq və daha miqyaslı atəşfəşanlıq təşkil etmək qərarına gəlib.

Lakin naxçıvanlılar fişəngi artilleriya mərmisi ilə səhv salıblar, çünki fişəng atılan kimi partlayış baş verib və fişəng topları yuxarı deyil, çoxminlik insan axınının üzərinə düşüb. Dördpendirli pizza

Sosial şəbəkələrdə yayımlanan videoda adamların bayram təşkilatçılarını lənətləyərək yanmaqdan qorunmaq üçün təlaşla qaçdıqları görünür.  Qeyri-rəsmi məlumata görə, dörd nəfər xəsarət alıb.

Bayramda iştirak edən Naxçıvan rəhbəri Vasif Talıbovun ailəsi nə baş verdiyini açıqlamır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!