Vasif Talıbov Naxçıvana qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov Naxçıvana qayıtdı

Siyasət

21 Dekabr 2022 08:14 2242


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 8 günlük Bakı səfərindən sonra öz məmləkətinə qayıdıb.

Ovqat.com-un məlumatına görə, "xan" həzrətlərinin bu dəfəki Bakı səfəri istədiyi effekti verməyib.

O, bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib. Dördpendirli pizza

Görünür, "xan"a siyasi iradənin onun barəsində verəcəyi qərarı Naxçıvanda gözləməsi tövsiyə olunub.

O da istisna edilmir ki, Vasif Talıbov Naxçıvanda baş verən siyasi və korrupsiya faktları barədə hesabat vermək üçün Bakıya çağırılmışdı. 

Onun geri qayıdarkən pəjmürdə halı gözdən yayınmayıb. "Xan"ın Naxçıvanda ilk qarşılaşdığı sürpriz müşayiətçi polis dəstəsinin onun pişvazına çıxamaması olub. Qeyd edək ki, müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!