Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müharibə veteranlarına avtomobil hədiyyə edib.
“Yeni Sabah” xəbər verir ki, mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.
Vasif Talıbov çıxış edərək deyib ki, dövlətçilik olan yerdə vətənpərvərlik, inkişaf, sabitlik və sosial qayğıya ehtiyacı olanlara dövlət qayğısı olur. “Bu gün ölkəmizdə inkişaf və sabitlik var. Sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısı göstərilir. Müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması da Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir”. Marqarita pizza
O, avtomobillərin açarlarını veteranlara təqdim edib.
Telegram kanalımız