Vasif Talıbov “WhatsApp” statusuna görə Xalq artistini işdən çıxarıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbov “WhatsApp” statusuna görə Xalq artistini işdən çıxarıb - Video

Maraqlı

22 Dekabr 2022 18:22 26462


“Naxçıvanda xalq üçün ən qorxulu, ən amansız adam şəxsən Azər Zeynalovun özüdür”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında Xalq artisti Həsən Ağasoy deyib.

Sənətkar Muxtar Respublikanın keçmiş sədri Vasif Talıbovun hakimiyyəti dövründə başına gətirilən müsibətlərdən söz açıb. O, bir "WhatsApp" statusuna görə çalışdığı teatrdan çıxarıldığını, aylarla işsiz qaldığını açıqlayıb. pizza mizza

Aktyor həmin dövrdə hazırda Vasif Talıbovun səlahiyyətlərini icra edən Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun tapşırığı ilə televiziyalarda onun rol aldığı tamaşaların yayımdan qaldırıldığını, səsləndirdiyi şeirlərin efirə verilmədiyini əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!