Vasif Talıbovun oğlu aeroportdan geri qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Vasif Talıbovun oğlu aeroportdan geri qaytarıldı

Siyasət

28 Dekabr 2022 09:21 10398


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına "stop" qoyulub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Hazırda Seymur Talıbova məxsus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənar çıxararaq, biznes qurduğu məlum olub. pizza mizza

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!