Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi, eləcə də ölkəmizin digər bölgələrindən olan tələbələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sovqat verilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikanın ali təhsil müəssisələri hər zaman diqqət və qayğı ilə əhatə olunub, dərslərin tədrisi, imtahanların keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbov çıxış edərək tələbələri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və böyük tarixi Qələbə münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə yazılıdı. Bu ildə ölkəmiz həm siyasi-iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə etdi. Ən böyük uğurumuz isə Ali Baş Komandanımızın qətiyyəti və müzəffər ordumuzun rəşadəti ilə doğma torpaqlarımızın işğaldan azad edilməsi oldu. Dördpendirli pizza
Sonra 290 tələbəyə sovqatlar təqdim olunub.
Bildirək ki, S. Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun oğludur.
Telegram kanalımız