“Yumruğunu stola vursa, “mən deyən olacaq” desə...” -   Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yumruğunu stola vursa, “mən deyən olacaq” desə...” - Mühüm açıqlama

Siyasət

28 Dekabr 2022 16:27 1778


“Vaşinqton variantının mövcud olmasını mən ilk dəfə “Valday” forumunda Rusiya prezidenti Vladimir Putinin dilindən eşitdim. O, buna qarşılıq olaraq, Moskvanın öz varinatının olduğunu və Ermənistanın qondarma “Artsax”a hər hansı bir status qazanmaq istəməsi təqdirdə Moskvanın İrəvanın yanında olacağını dedi”.

Bu sözləri siyasi şərhçi Fuad Abbasov yaxın keçmişdə iflasa uğrayan Moskva və Brüssel varinatlarına alternativ olaraq Vaşinqton versiyasının gündəmə gəlməsindən söz açarkən deyib.

F. Abbasovun qənaətinə görə, “Valday” forumundan sonra bir çox görüşlər olub: Dördpendirli pizza

“Gördük ki, KTMT-nin zirvə görüşündə Baş nazir Paşinyan müqaviləyə imza atmamasıyla necə Kremllə tərs gəldi. Beləcə, həm Moskva variantı, həm də Brüssel formatı ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün işə yaramadı”.

Mən Vaşinqton variantının təfərrüatlarını bilmirəm, lakin bildiyim odur ki, Vaşinqton formatı Azərbaycanın Qarabağ üzərindəki suverenliyini təsdiq edir və bunun qarşılığında Ermənistanın bugünkü sərhədlərinin içində ərazi bütövlüyünün qorunmasının təminatını verir. Bu, Ermənistan üçün ən ideal variantdır. Çünki son günlərdə istər Qərbi Azərbaycan icması ilə görüşlər, istərsə də Prezident Əliyevin Qərbi Azərbaycanla bağlı açıqlamaları – bütün bunlar hamısı bugünkü Ermənistan sərhədlərinin təhdid altında olduğunu sərgiləyir. Erməni iqtidarının ağlı başında olacağı və heç olmasa bugünkü sərhədlərini qorumağa cəhd göstərməsinin qarşılığında Azərbaycanın Qarabağdakı suverenliyini tanımaq prinsipi ən yaxşı çıxış yolu ola bilərdi”.

Mütəxəssis hesab edir ki, Azərbaycan Ermənistanın nə qərar verəcəyini bilmir, çünki onların qərarları gözlənilməz olur:

“Onlar gah Moskvadakı xarici işlər nazirlərinin görüşünə saymamazlıq edir, gah da Brüsseldəki görüşdə Fransa prezidenti Emmanuel Makronun yoxluğuna görə dəvətdən boyun qaçırırlar. Yəni onların fəaliyyəti gözlənilməzdir. Amma rəsmi Vaşinqton bu məsələdə yumruğunu stola vursa, “mən deyən olacaqdır” desə, mənə elə gəlir ki, Vaşinqton formatı həm Ermənistanın torpaq bütövlüyünün qorunması, həm də Azərbaycanın Qarabağ üzərindəki suverenliyini təsdiq etmək üçün ən ideal variant ola bilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!