"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında vəziyyət təəssüf ki, mürəkkəb və gərgin olaraq qalır".
Yenisabah.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov deyib.
Onun sözlərinə görə, hərbi təhlükəsizliyə çağırış və təhdidlərin əsas mənbəyi Qərb elitasının bir hissəsinin qurum və onun ayrı-ayrı üzv dövlətləri daxilində vəziyyəti pozmaq üçün dağıdıcı fəaliyyətidir. Pepperoni pizza
Anatoli Sidorov bildirib: “Belarus və Rusiyanın qərb sərhədlərinə yaxın NATO-nun hücum infrastrukturunun təşviqinə, Baltikyanı ölkələrin aqressiv ritorikası və Ukrayna böhranı fonunda artan hərbi fəallığa diqqət yetiririk. Bütün bunların fonunda Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq, ayrı-ayrı dövlətlərin Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin sərvətlərinə çıxış əldə etmək və birbaşa Mərkəzi Asiyaya çıxış əldə etmək cəhdləri Ermənistan-Azərbaycan sərhədində münaqişənin gərginləşməsinə şərait yaradır”.
O qeyd edib ki, Qafqazın kollektiv təhlükəsizlik regionunda, ilk növbədə, ayrı-ayrı dövlətlər arasında ərazi məsələlərinin həll olunmaması münaqişə potensialı artmaqda davam edir: “Rusiya regionda sabitləşdirici rol oynayır. Eyni zamanda, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Vaşinqton və Brüssel münaqişədən sonrakı nizamlanma ilə bağlı öz baxışlarına malik olmaqla, təhlükəsizlik modelinin öz formatını tətbiq etməyə və KTMT-nin bu istiqamətdə səylərini neytrallaşdırmağa çalışır".
Telegram kanalımız