Vaşinqtondan Bakıya siqnal: ABŞ hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Vaşinqtondan Bakıya siqnal: ABŞ hərəkətə keçdi

Siyasət

12 May 2022 22:36 530


“ABŞ Xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtona səfərində maraqlıdır”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan-Azərbaycan sülh prosesində baş verən son gəlişmələrə diqqət çəkib: Toyuqlu pizza

“ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırır. Qeyd edim ki, bir neçə gün əvvəl Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda olub və Dövlət katibi Entoni Blinkenlə görüşüb. Bundan sonra Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun da ABŞ-a gedəcəyi məsələsi gündəmə gəlib. Amerikadan gələn siqnallar da bundan xəbər verir ki, Vaşinqton bu səfərdə maraqlıdır.

Vaşinqton və Brüssel Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün Paşinyana siyasi dəstək verir. Çünki Rusiya Ermənistanda aranı qarışdırmağa və mövqelərini gücləndirməyə çalışır. Ermənistan müxalifətini Paşinyana qarşı qızışdıran da Rusiyadır”.

Məhəmməd Əsədullazadə Rusiyanın ABŞ-ın bölgədəki fəallığını sükutla izləmədiyini bildirib:

“Moskva Vaşinqtonun prosesdəki rolunu zəiflətmək üçün hərəkətə keçib. Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək niyyəti də bundan xəbər verir. Yenə də əsas məqsəd sülh müqaviləsinin bağlanmasını uzatmaq və “status” məsələsini müzakirəyə çıxarmaqdır. Hesab edirəm ki, Vaşinqton və Brüsselin vasitəçiliyi və ya fəallığı Moskvanın bu planın qarşısını almaq üçün prosesə yeni dinamika verəcək. Bakı və İrəvan da Vaşinqton və Brüsselin vasitəçiliyinə müsbət yanaşır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!