Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər

saytların hazırlanması

Evə çatdırılma

Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər

Sosial

11 Fevral 2025 09:28 14546


Vətəndaş illərlə işləyir və pensiya kapitalında müəyyən məbləğ toplanır.

Əgər şəxs pensiya yaşına çatmamış və ya pensiya almağa başladıqdan sonra kapitalını tam istifadə etməmiş vəfat edərsə, onun fərdi hesabında toplanmış pensiya kapitalının aqibəti necə olur?

“Yeni Sabah” Xəzər TV-yə istinadən bildirir ki, vəkil Kamandar Hüseynov deyir ki, vəfat edən şəxsin pensiya kapitalı vərəsələrə ödənilə bilər. Pepperoni pizza

Ölən şəxsin ailə üzvləri notarius vasitəsilə vərəsəlik hüququ əldə etdikdən sonra Dövlət Sosial Müdafiə Fondundan vəsaiti almaq üçün müraciət edə bilərlər.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili də bildirir ki, şəxsin topladığı pensiya kapitalı o vəfat etdikdə onun ailə üzvlərinin sosial təminatına yönəldilir.

Qurum rəsmisi həmçinin qeyd etdi ki, pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar, ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elməddin
    Salam Atam 2013 cü ildə kəskin beyin insuti xəsdəliyindən dünyasın dəyişib Atamın kapitalına yığılan məbləği Anamız həyatdadır ala bilərmi mümkünsə məlumatlandırardınız diqqətiniz üçün təşşəkür edirik.
    1 year ago
  • Sarvan
    Salam mən 3 qurup əliləm.atam.rehmete gedib anam sağdır atamın pensiyasını mən tek ala bilərəm yoxsa iki yerə bolunmelidir
    1 year ago