Velosipedçilərimiz “Tokio - 2020“ə lisenziya qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Velosipedçilərimiz “Tokio - 2020“ə lisenziya qazanıblar

İdman

27 May 2019 12:22 1050


Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Yeni Sabah”a verilən məlumata görə,bir günlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.

Təmsilçilərimiz 112 km məsafəni 2 saat, 37 dəqiqə, 23 saniyəyə qət etməklə müvafiq olaraq 8-ci və 10-cu nəticə göstəriblər. pizza

Bununla da həm Elçin, həm də Samir ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!