Venesuelada 32 kubalı öldürülüb - Matəm elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Venesuelada 32 kubalı öldürülüb - Matəm elan olundu

Dünya

05 Yanvar 2026 09:30 320


ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu tutmaq üçün keçirdiyi əməliyyat zamanı 32 kubalı öldürülüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kuba hökuməti "Facebook" səhifəsində məlumat yayıb.

Onlar Venesuelanın Silahlı Qüvvələr və Daxili İşlər Nazirliyidə fəaliyyət göstəriblər. Dominos pizza

Havanada həlak olanların xatirəsinə yanvarın 5 və 6-da iki günlük matəm elan edilib.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, kubalılar Maduronun həbsindən əvvəl Venesuelada onun yanında olublar.

“Maduronu kubalılar qoruyurdu”, - o, "NBC News"-da deyib.

Öz növbəsində, Donald Tramp bildirib ki, Maduronun tutulması əməliyyatı zamanı “çoxlu kubalı öldürülüb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!