Venesuelanı kim idarə edir? - “Mən”

saytların hazırlanması

Evə çatdırılma

Venesuelanı kim idarə edir? - “Mən”

Dünya

06 Yanvar 2026 09:34 312


ABŞ prezidenti Donald Tramp ABŞ-ın Venesueladakı müdaxiləsinə nəzarət edəcək bir qrup məmurun adını açıqlayıb.

"Yeni Sabah" NBC News-a istinadla xəbər veri ki, idarəçilikdə ABŞ dövlət katibi Marko Rubio, Pentaqon katibi Pit Heqset, Ağ Ev rəhbərinin müavini Stiven Miller və ABŞ vitse-prezidenti Vens iştirak edəcək..

"Bu qrup insanlar müxtəlif mənşələrdən və ixtisaslardan gəlirlər. Onların təcrübəsi var və fərqli təcrübələri var", - Tramp deyib. Dominos pizza

Nəhayət, "qrupun rəhbəri kimdir" sualına o, bir sözlə cavab verib: “Mən”.

Tramp eyni müsahibəsində Nikolas Maduronun qaçırılmasından sonra prezident səlahiyyətlərini icra edən Venesuela vitse-prezidenti Delsi Rodrigesin ABŞ rəsmiləri ilə əməkdaşlıq etdiyini də bildirib. Lakin Amerika liderinin qeyd etdiyi kimi, əməliyyatdan əvvəl onunla heç bir əlaqə olmayıb.

Bundan başqa, ABŞ prezidenti eyham vurub ki, Rodriges əməkdaşlığı dayandırarsa, ABŞ ikinci hərbi müdaxiləyə başlaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!