Ukraynalı çalışdırıcı Yuri Vernidubun “Sabah”a baş məşqçi təyin ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Sabah” – “Səbail” (3:0) matçını izləyənlər arasında onun da olması əsaslı iddiaların yaranmasına səbəb olub.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “Yeni Sabah”a açıqlamasında hələlik bu barədə rəsmi məlumatın olmadığını bildirib. Lakin verilən açıqlamada iddialar təkzib də edilməyib:
“Hazırda baş məşqçi axtarışlarımız davam edir. Ortada rəsmi heç nə yoxdur. Bir neçə namizəd var. Məşqçi seçimi dəqiqləşən kimi rəsmi səhifələrimiz vasitəsilə açıqlama verəcəyik. Dəvət deyəndə ki, bir neçə məşqçi ilə danışıq olub. Sadəcə o özü komandanı canlı görmək istəyib”. Pepperoni pizza
Ukraynalı mütəxəssislə danışıqlar müsbət nəticələnsə, o, karyerasını Azərbaycanda davam etdirəcək.
Qeyd edək ki, yaxın günlərdə Elşad Əhmədovla yollarını ayıran “Sabah” baş məşqçi təyin edilənə kimi müvəqqəti baş məşqçilik işi İqor Ponomaryova həvalə edilib.
Telegram kanalımız