Vətən müharibəsi iştirakçısı xərçəngdən vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Vətən müharibəsi iştirakçısı xərçəngdən vəfat etdi

Hadisə

22 Aprel 2025 18:29 302


İkinci Qarabağ müharibəsinin iştirakçısı Toğrul Nizaməddin oğlu Həsənov ölümcül xəstəlikdən vəfat edib.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü T.Həsənov Ucar rayonunun Təzə Şilyan kəndində dəfn olunub.

Ailəsinin verdiyi məlumata görə, o, müharibənin gedişatında yaralanıb, sağaldıqdan sonra yenidən aktiv döyüşlərə qatılıb. Vətən müharibəsi iştirakçısına "Müharibə veteranı" adı verilsə də, ona yaralandığına görə qazilik təyin edilməyib. Marqarita pizza

Həmçinin bildirilib ki, müharibədən sonra aldığı travmalara görə öz hesablarına Türkiyədə müalicəyə göndərilib. Lakin son bir ildə xərçəng xəstəliyinə tutulub. T.Həsənov elə bu səbəbdən dünyasını dəyişib.

Toğrul ailənin yeganə oğlu olub. Ailəlidir, 2 azyaşlı övladı var.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!