Vəzifədən azad olunan Fuad Nəcəflini Naxçıvan aeroportunda VİP zala buraxmadılar   - ŞOK DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Vəzifədən azad olunan Fuad Nəcəflini Naxçıvan aeroportunda VİP zala buraxmadılar - ŞOK DETALLAR

Siyasət

13 Noyabr 2025 00:00 5328


Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi vəzifəsindən azad olunan Fuad Nəcəfli artıq Naxçıvandakı işləri təhvil-təslim edib.

O axşam saatlarında Naxçıvan-Bakı reysi ilə paytaxta qayıdıb. 

"Yeni Sabah" məlumatlı mənbələrdən onun Bakıya qayıdışı ilə bağlı maraqlı detalları əldə edib. Dominos pizza

Belə ki, Fuad Nəcəfli vəzifədən azad olunması ilə bağlı xəbəri işdə olarkən öyrənib. Bakıdan ona zəng vurulub və bildirilib ki, Prezident İlham Əliyev Fuad Nəcəflinin vəzifədən azad olunması ilə bağlı Sərəncam imzalayıb. 

Bundan sonra isə o bütün imtiyazlar, həmçinin dövlət telefonundan istifadədən məhrum edilib. Hətta ona işdən evə getmək üçün Xüsusi Nümayəndəlikdə olan avtomobillərdən istifadə etməyə belə icazə verilməyib. Fuad Nəcəfli evinə taksi çağıraraq gedib. Eyni zamanda iş otağındakı şəxsi əşyalarını aparmaq üçün avtomobil istəsə də, bu da yerinə yetirilməyib və daha sonra başqa avtomobil gələrək onun əşyalarını götürüb. Nəcəfli vəzifədən azad olunandan sonra Naxçıvandakı evinə yollanıb. Onunla Xüsusi Nümayəndəliyin heç bir əməkdaşı ünsiyyətdə olmayıb. Yalnız köməkçisi Samir Seyidəhmədli sabiq müdiri ilə birlikdə onun evinə gedib. 

Fuad Nəcəfli axşam saatlarınadək Naxçıvandakı evində olub. Axşam saatlarında isə Bakıya qayıtmaq üçün Naxçıvan Hava Limanına gəlib. Burada o hər zaman istifadə etdiyi xüsusi VİP salonda gözləyib girişdən keçid etmək istəsə də, rəsmilər ona icazə verməyiblər. Fuad Nəcəfliyə bildirilib ki, aşağı düşsün və bütün sərnişinlərin istifadə etdiyi adi salonda gözləsin. O bundan sonra aşağı düşməyə məcbur olub və orada təyyarəyə minməyi gözləyib. Sabiq məmur hava limanında tək olub və Bakıya da tək qayıdıb. 

Qeyd edək ki, Fuad Nəcəfli Prezident İlham Əliyevin Sərəncamı ilə 22 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilmişdi. O, 12 noyabr 2025-ci ildə vəzifəsindən azad edilib. 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • hacı
    Hörmətli adamlara necə hörmətlə yanaşıbsa, elə də hörmətlə yola salıblar...
    6 months ago