Vilayət Eyvazov daha iki rəis təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazov daha iki rəis təyin etdi

Siyasət

16 Oktyabr 2019 17:07 3881


Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Arif Məşədiyev İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib. Dördpendirli pizza

O, bundan əvvəl Qobustan rayon polis şöbəsinin DYP bölməsinin rəisi işləyib.

Nazirin digər əmri ilə polis mayoru, Eldəniz Həsənov Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib. 

E.Həsənov bundan əvvəl Qazax rayon Polis Şöbəsinin DYP Bölməsinin rəisi vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!