Vinisius: “Peres mənə “Real”da əbədi oynayacağımı dedi”

saytların hazırlanması

Evə çatdırılma

Vinisius: “Peres mənə “Real”da əbədi oynayacağımı dedi”

İdman

01 Fevral 2025 11:31 230


"Real"ın hücumçusu Vinisius Junior klubun prezidenti Florentino Peres haqda danışıb.

Yenisabah.az xəbər verir ki, 24 yaşlı hücumçu Peresə xüsusi sevgi və hörmət bəslədiyini deyib:

“Florentino Peres mənə heç kimin tanımadığı uşaq olanda belə inanırdı. Ona qarşı böyük sevgi hiss edirəm. Peres həmişə deyirdi ki, mən əbədi olaraq “Real”da oynayacağam və bu, mənim üçün şərəfdir”. pizza hut

Qeyd edək ki, Vinisius cari mövsüm bütün turnirlərdə 26 oyun keçirib, 16 qol vurub və 10 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Mətbuatda Səudiyyə Ərəbistanı klublarının onunla yaxından maraqlandığı və təkliflər göndərdiyi yazılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!