Virus boşanmaların sayını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Virus boşanmaların sayını artırdı

Dünya

18 Mart 2020 01:54 634


Koronavirus ailə institutunun yalnız zərərinə işləyir. Çində karantin müddətində boşanmaların sayı artıb.

"Yeni Sabah" xəbər verir ki, Daçjou şəhərində təxminən 300 cütlük ayrılmaq üçün VVAQ idarəsinə müraciət edib. İdarənin rəisi Lu Şitszyunun fikrincə, sayın artmasında əsas səbəb ər-arvadların birlikdə çox vaxt keçirməyə məcbur qalmasıdır: “Mübahisələrin sayı artıb və onlar boşanmanı ən düzgün yol sayırlar”.

Sian şəhərində də oxşar vəziyyət yaranıb. Bu gün boşanmaq üçün 14 cütlük müraciət edib. Qaydalara görə, bu şəhərin VVAQ idarəsi gün ərzində maksimum 14 işə baxa bilər. Yəni əslində boşanmaq istəyənlərin sayı daha çoxdur. pizza

Fuçjou şəhərində də boşanmaq üçün müraciət edənlərin sayı əvvəlki dövrlərə nisbətən xeyli çoxdur. /Bizimyol.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!