Vitamin çatışmazlığını göstərən qeyri-adi simptomlar

saytların hazırlanması

Evə çatdırılma

Vitamin çatışmazlığını göstərən qeyri-adi simptomlar

Sağlamlıq

20 Mart 2021 17:00 1167


Amerikalı əczaçı Syuzi Koen orqanizmdə D vitamini çatışmazlığını göstərən qeyri-adi simptomları sadalayıb.

Yenisabah.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bunlara xüsusən də sızanaqlar, aritmiyalar, yüksək qan təzyiqi və göz yaşının axması daxildir.

Eyni zamanda, D vitamini çatışmazlığı özünü yorğunluq, əzələ zəifliyi, bağırsaqda qıcıqlanma, şişkinlik, quru keratokonyunktivit ilə də göstərir. pizza sifarişi

Bunlara əlavə olaraq, o qeyd edib ki, koqnitiv funksiyalarda azalma, nevropatiya, makuladistrofiya, immun çatışmazlığı xəstəliklərinin şiddətlənməsi, yuxu zamanı tənəffüsün dayanması, allergiya varsa D vitamini səviyyəsini yoxlamağa dəyər.

Həmçinin, qan şəkərinin yüksək olması, dərinin tez-tez səpməsi, sidik ifrazı problemləri, kəpək və pis əhval-ruhiyyə vitamin çatışmazlığından xəbər verir. (Oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!