Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.
“Yeni Sabah” xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi 3-cü turda ev sahibi Macarıstanla qarşılaşıb. Covanni Kapraranın komandası bu görüşün qalibi olub. Yığmamız 3:0 hesablı qələbə qazanıb.
C qrupunun digər matçında Hollandiya ilə Xorvatiya üz-üzə gəlib. Hollandlar bu görüşdə də qalib gəlib. (3:0) Pepperoni pizza
Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Telegram kanalımız