“Bu gün Almaniya kansleri Fridrix Merkom ilə danışdım. Almaniya müharibənin əvvəlindən bizə hərbi, maliyyə və siyasi cəhətdən əhəmiyyətli kömək göstərir. Ukraynada Almaniyanın liderliyinə və dəstəyinə həmişə güvənə bildiyimiz üçün minnətdarıq”.
“Yeni Sabah” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
O, ABŞ Prezidenti Donald Trampı münaqişənin başa çatdırılması istiqamətində göstərdiyi səylərindən dolayı təqdir etdiyini bildirib: pizza hut
“Müharibənin sona çatması üçün atılan addımlar üzərində işimizin yeni təfərrüatlarını paylaşdıq. Bütün tərəfdaşlarımızı məlumatlandırmaq üçün əlaqələndirmə işləri aparırıq.
Ukrayna nümayəndə heyəti dünən Cenevrədən qayıtdı, tam hesabat və yenilənmiş çərçivə sənədi təqdim etdi. ABŞ tərəfi ilə əlaqə davam edir. Mən şəxsən Vaşinqtonun bütün addımlarını və Prezident Donald Trampı təqdir edirəm”.
Ukrayna lideri vurğulayıb ki, Almaniya kansleri ilə danışıq zamanı vəziyyətin gələcək inkişafını müzakirə ediblər və növbəti addımları əlaqələndirmək barədə razılığa gəliblər:
“O, həmçinin Almaniyanın həmsədrlik edəcəyi Ohoşik Koalisiyasının bugünkü iclasının gündəliyinə toxundu. Dəstəyinizə görə təşəkkür edirik; biz daimi əlaqə saxlamağa davam edəcəyik”, - V. Zelenski bildirib.
Nazim Hacıyev
Telegram kanalımız