Volodimir Zelenski: “Putinlə görüşməyə hazıram“

saytların hazırlanması

Evə çatdırılma

Volodimir Zelenski: “Putinlə görüşməyə hazıram“

Siyasət

13 May 2022 13:43 184


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə təkbətək görüşməyə hazır olduğunu bildirib. 

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna lideri İtaliyanın “Rai 1” telekanalına müsahibəsində açıqlayıb.

“Məsələ hər gün daha da mürəkkəbləşir. Şəxsən mən belə hesab edirəm. Çünki kiçik şəhərlər artıq işğaldan azad edilir. Üstəgəl, Rusiyanın vandallığı ilə bağlı faktlar çoxalır. İndi cəmiyyət danışıqlara müsbət yanaşmır. Amma mən Prezident kimi, Putinlə danışmağa hazıram. Ancaq birbaşa onunla, vasitəçilər olmadan və ultimatum dili ilə yox, dialoq şərtləri daxilində”, - o söyləyib. pizza

Xatırladaq ki, V.Zelenski bu yaxınlarda qeyd etmişdi ki, əsir götürülən mülki əhalinin və hərbçilərin öldürülməsinə görə Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!