Vulkan partladı, 80 min nəfər evakuasiya olundu: Göydən kül və daş yağır

saytların hazırlanması

Evə çatdırılma

Vulkan partladı, 80 min nəfər evakuasiya olundu: Göydən kül və daş yağır

Dünya

13 Yanvar 2020 08:05 1320


Filippin adalarında Taal vulkanı fəaliyyətə keçib.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Filippin adalarında yerləşən Taal vulkanında püskürmə baş verib. Zonada həyəcan səviyyəsi 3-ə qaldırılıb ki, bu da yenidən partlayışların ola biləcəyini göstərir.

Vulkanın püskürməsi səbəbilə heç bir can itkisi və ya yaralanma hadisəsi baş verməyib. Lakin vulkanın ətrafında olan bütün qəsəbə və kəndlərin əhalisi - 80 min nəfər evakuasiya olunub. pizza hut

Yerli səhiyyə orqanları bölgədəkilərə vulkanın kül və dumanından qorunmaq üçün maska taxmağı məsləhət görüblər. Hazırda vulkana yaxın rayonlarda yağışla birlikdə göydən kül və kiçik daş parçaları da yağır.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!