Vüsal Kərimli məsləhət üçün 2.1 milyon manat ödəyib

saytların hazırlanması

Evə çatdırılma

Vüsal Kərimli məsləhət üçün 2.1 milyon manat ödəyib

İqtisadiyyat

08 İyul 2020 16:58 1193


“Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi "Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiz, bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq – Şirkət BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin”. 

Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O əlavə edib ki, BNA ilə şirkət arasında bağlanmış müqavilənin maliyyə dəyəri 2 milyon 100 min AZN-dir. 

“Deyəsən, çox ağır məsləhətlər olacaq. Elmlərdə 20 ildi “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər”, - deyə ekspert vurğulayıb. Pepperoni pizza

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, “Alpina Parking Consulting” 14 fevral 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Eldar Tağızadə, ev 18 A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur. 

Sənan Əhmədzadə və rəhbərlik etdiyi MMC barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Burada MMC-nin yeni yaranması diqqət çəkir. BNA-nın 4 ay əvvəl yaradılan şirkətlə 2 milyonluq müqavilə imzalaması da təbii olaraq müəyyən şübhələrə səbəb olub.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də məsələyə münasibət bildirib. 

“Son günlər sosial şəbəkələrdə “Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır”, - deyə o vurğulayıb.

Mais Ağayevin sözlərinə görə, tenderin qalibi olan “Alpina Parking Consulting” MMC 1997-ci ildə yaradılan “Alpina” şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. “Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir”, - deyə BNA sözçüsü bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!