Xaçaturyan əcnəbi nazirlə Qarabağı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Xaçaturyan əcnəbi nazirlə Qarabağı müzakirə etdi

Rəsmi

23 Fevral 2023 17:27 935


Bu gün Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Lüksemburqun xarici və Avropa işləri naziri Jan Asselborn Laçın dəhlizində yaranmış vəziyyəti və mövcud problemlərin sülh və danışıqlar yolu ilə həllinin vacibliyini müzakirə ediblər. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb. 

Prezident görüş zamanı qeyd edib ki, Ermənistanın Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olması, habelə həmsərhəd ölkələrlə qonşuluq münasibətləri ilə bağlı mövqeyi birmənalıdır.  Marqarita pizza

Görüş zamanı həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığın təşviqinə yönəlmiş addımlar və proqramlar müzakirə edilib. 

Qeyd edək ki, Asselborn Ermənistana ötən gün gəlib. O, artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!