Xaçmazda bataqlıqda boğulan yeniyetmənin ölümünün TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin ölümünün TƏFƏRRÜATI

Hadisə

19 Aprel 2025 20:17 489


Xaçmaz rayonunun Niyazabad kəndində 15 yaşlı yeniyetmənin bataqlıqda boğularaq ölməsinin təfərrüatı məlum olub.

Yenisabah.az xəbər verir ki, Niyazabad kənd tam orta məktəbinin IX sinif şagirdi Elçin Elman oğlu Bağırov məktəbdən buraxılış vərəqəsini alaraq bazar günü keçiriləcək imtahana hazırlaşırmış. O, evə qayıtdıqdan sonra mal-qaranı gətirmək üçün kənd ərazisindəki bataqlıq sahəyə yollanıb. Lakin o, bir daha geri dönməyib.

Yeniyetmənin ailəsinin məlumat verməsindən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. Gecə boyu davam edən axtarışlar nəticəsində səhər saatlarında Elçin Bağırovun cəsədi ərazidəki gölməçələrdən birində tapılıb və ailəsinə təhvil verilib./Oxu.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!