Xaçmazda dəhşətli yanğın, 5 min cücə tələf oldu

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda dəhşətli yanğın, 5 min cücə tələf oldu

Kriminal

14 Aprel 2019 16:58 1048


Bu gün Xaçmazda quşçuluq fermasında yanğın baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Cığatay kəndində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı 5 mindən çox cücə tələf olub. pizza mizza

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz yanğından mühafizə hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Üç yüz kvadratmetr ərazi yanğından mühafizə olunub, alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ümumi sahəsi 500 kvadratmetr olan fermanın 200 kvadratmetri yanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Azərtac

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!