Xaçmazda ikimərtəbəli evdə yanğın...

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda ikimərtəbəli evdə yanğın...

Kriminal

31 Dekabr 2019 07:10 1098


Xaçmaz rayonununda yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, rayonun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Pepperoni pizza

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!