Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlili döydü

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlili döydü

Hadisə

05 Sentyabr 2020 17:15 1035


Xaçmaz rayonunun Pirquluoba kəndində sakin tanımadığı qadın tərəfindən döyülüb.

Yenisabah.az xəbər verir ki, 1982-ci il təvəllüdlü kənd sakini, III qrup əlil Vüqar Mərdan oğlu Osmanov baş ağrıları şikayətilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə müraciət edib.

Xəstəxanaya verdiyi məlumata görə, o, kənddə tanımadığı qadın tərəfindən baş nahiyəsinə şillə və yumruqla zərbələrə məruz qalıb. Əlavə olaraq bildirib ki, başında çoxsaylı qəlpələr var və bir gözü görmür. Qadının ona iradı göz vurmağı olub. O isə bildirib ki, “mən kor olduğum halda necə göz vura bilərəm ki?”. pizza

Xəstəxanada V.Osmanovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!