Aprelin 6-da saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Etibar Cavadovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb. pizza hut
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Ə.Yaqubov saxlanılıb.
Telegram kanalımız