“Xalq artisti ad gününə gələn həmkarının arxasıyca biədəb danışırdı”

saytların hazırlanması

Evə çatdırılma

“Xalq artisti ad gününə gələn həmkarının arxasıyca biədəb danışırdı”

Şou

13 Aprel 2025 10:21 268


Aparıcı Zaur Baxşəliyev qalmaqallı açıqlaması ilə müzakirə yaradıb.

Yenisabah.az xəbər verir ki,  bu haqda televiziya ulduzu aparıcısı olduğu “Zaurla Günaydın” verilişində danışıb.

Z.Baxşəliyev bildirib ki, iştirak etdiyi məclislərin birində bir Xalq artistinin digəri həmkarı (Xalq artisti – red.) haqqında xoşaqəlməz ifadələr işlətdiyinin şahidi olub: Sezar pizza

“Çox mötəbər bir məclis idi. Yaxşı tanıdığımız köhnə nəsil estrada janrının sevilən, populyar müğənnisi, Xalq artisti həmin məclisdə idi. Onu isə onun gənc həmkarı, Xalq artisti öz məclisinə dəvət edib. Gənc Xalq artisti səhnədə çıxış edirdi. Bu anda məclisə dəvət olunan o Xalq artisti başladı onun haqqında biədəb danışmağa. Bunları eşidib, görəndən sonra masanı tərk elədim. Mən belə şeyləri sevmirəm, xoşuma gəlmir. Düşünün o Xalq artisti digər Xalq artistinin ad gününə gəlib və onu hamının içində pisləyir. O qədər bunlar mənə naxoş oldu ki... Niyə onda gəlmisən bu məclisə? O adamın arxasıyca danışacaqsansa, ona pis deyəcəksənsə, ondan xoşun gəlmirsə axı niyə onun məclisinə gəlmisən? Masada əyləşən bütün qonaqlar onun dediklərini eşitdilər. Axı səni nə məcbur edir bu məclisə gəlmək? Niyə?”//OLAY


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!