Xalq artisti Damlanın konsert saxtakarlığını ifşa etdi:   “150 bilet satılmışdı“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Damlanın konsert saxtakarlığını ifşa etdi: “150 bilet satılmışdı“ - Video

Şou

23 Noyabr 2019 11:57 2311


ARB-də "Səhər-səhər" verilişinin qonağı olan Xalq artisti Samir Cəfərov müğənni Damla ilə bağlı maraqlı açıqlmalar verib.

"Yeni Sabah" xəbər verir ki, müğənni "Damlaya görə Gəncə Dövlət Filarmoniyasındakı vəzifənizdən çıxmısız" sualına cavab verib:

"Elə bir şey olmayıb. Damla filarmoniyada konsert verəndə mən başqa ölkədə idim". Sezar pizza

S.Cəfərov Damlanın Gəncə konserti ilə bağlı sirri açıb:

"Filarmoniyada klassik konsertlər də, opera da var. Niyə filarmoniya deyəndə, ancaq klassika düşünürlür? Niyə digər oxuyanların da konserti olmasın? İnsanlar var idi sponsorluq edib, Damlanı gətirmək istədilər. Dedim, kirayə pulunu, digər xərcləri və Damlanın qonorarını ödəyin, konsert verin. 850 biletdən 150 bilet satıldı. Gətirib zalı doldurdular. Bilirdim ki, onlar bilet satışı ilə zalı doldura bilməyəcklər. Nuri Sərinləndirici, Elnarə Abdullayevanı apardım, bilirdim ki, bilet satılacaq. Satıldı da...

Amma Damla satılmayacaqdı. Çünki Gəncə camaatı başqa zövqdədir. Ondan sonra bəzi müğənnilər gəldi, dedim sizin konsert olmayacaq. Siz İnstaqram məşhurluğu qazanmış adamlarsız. Orada oturanlar isə boş-bekarlardır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!